
Xarici işlər naziri Elmar Məmmədyarov İtaliyada ATƏT-in Minsk qrupunun həmsədrləri ilə danışıqlar aparır. Yeniavaz.com xəbər verir ki, bu barədə XİN-in rəsmi tvitter hesabında məlumat verilib.
Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edir.
Qeyd edək ki, nazir ATƏT-in Nazirlər Şurasının 25-ci sessiyası çərçivəsində Milanda rəsmi səfərdədir.