Kürəkəninə “kislota” atan qadının məhkəməsi başladı


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində kürəkənini "kislota" ilə yandırmaqda təqsirləndirilən Kəmalə Əsədovanın məhkəməsi başlayıb. Hakim Cavid Hüseynovun icraatında olan prosesdə hazırlıq iclası keçirilib. İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. İstintaq zamanı K.Əsədova həbs edilməyib və hazırda azadlıqdadır. Cinayət işi məhkəmə baxışına qəbul edilib. Proses dekabrın 7-də davam etdiriləcək. İttihama görə, K.Əsədova gecə saatlarında kürəkəni Tərlan Qarayevin kirayə qaldığı evə gələrək yatdığı yerdə onun üstünə "kislota" töküb. (qafqazinfo)

DİGƏR XƏBƏRLƏR

Top