Səudiyyə vəliəhdinin keçmiş müşavirinin həbsi tələb olunur


İstanbul Prokurorluğu Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın keçmiş müşaviri Səud bin Abdullah əl-Kahtani və Baş Kəşfiyyat İdarəsi sədrinin müavini, general Əhməd Asirinin jurnalist Camal Qaşıqçı cinayəti çərçivəsində həbsini tələb edib. Onlar jurnalistin öldürülməsini planlaşdırmaqda şübhəli bilinirlər. Qeyd edək ki, oktyabrın 2-də “Vaşinqton post” qəzetinin əməkdaşı Camal Qaşıqçı Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun binasında öldürülüb. Onun qətlinin Krallıqda planlaşdırıldığı bildirilib.(report)

DİGƏR XƏBƏRLƏR

Top