Sinqapur şirin içkiləri qadağan edən ilk ölkə ola bilər - DİABET QORXUSU


 Sinqapur dünyada şirin qazlı suların satışını qadağan edən ilk ölkə ola bilər. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bu, Sinqapur Kənd Təsərrüfatı Nazirliyinin hazırladığı tədbirlər paketində nəzərdə tutulub. Nazirliyin hazırladığı tədbirlər diabetin yayılması ilə mübarizə aparmağa yönəlib. Digər məhdudlaşdırıcı tədbirlər sırasında bu cür içkilərin istehsalçıları və idxalçıları üçün verginin artırılması yer alır. Həmçinin, bu məhsullarına tam qadağan olunanadək istənilən reklamının sərtləşdirilməsi nəzərdə tutulur.Risk kateqoriyasına şirələr, energetik içkilər, içməli yoqurtlar, “üçü birində” toz şəklində kofelər və s. də daxil edilib.

Sinqapur inkişaf etmiş ölkələr arasında diabet xəstəliyinə tutulanlarınn sayına görə ən yüksək yerlərdən birini tutur – təqribən 11%. Proqnozlara əsasən, əgər indi heç bir məhdudlaşdırıcı tədbirlər görülməsə, 2050-ci ilədək bu xəstəlikdən əziyyət çəkənlərin sayı 1 milyon nəfər çatacaq. Mütəxəssislər hesablayıblar ki, hər bir sinqapurlu orta hesabla sutkada təqribən 12 çay qaşığı şəkər, təxminən 60 qram istifadə edir, bunun yarısı şirin içkilərin payına düşür.

DİGƏR XƏBƏRLƏR

Top