Xırdalanda binada yanğın: 30 nəfər təxliyə olundu


Abşeron rayonunun Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Yeniavaz.com Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yaşayış binasının şaxtasında 10 p.m elektrik naqilləri yanmışdır. Yanğın zamanı 30 nəfər yanğınsöndürənlər tərəfindən təxliyə edilmişdir. Mənzillər yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 20 m2 olan köməkçi tikilinin tavanı, divar üzlüyü 15 m2 sahədə və içərisində 1 ədəd məişət avadanlığı yanmışdır. Tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

DİGƏR XƏBƏRLƏR

Top