Bakıda 6 saatın içində evdən dollar, avro, qızıl-zinət əşyalarını daşıyıblar


Suraxanı rayonunda naməlum şəxslər Bakı sakininin evindən külli miqdarda pul aparıblar. Yeniavaz.com xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a Suraxanı rayon Polis İdarəsindən məlumat verilib.

Oğurluğun qurbanı Qaraçuxur qəsəbəsinin sakini, 1981-ci il təvəllüdlü Qurbanzadə Vasif Zahid oğlu olub. Dekabrın 1-də ev sahibi cəmi 6 saat evdə olmayıb. Bu müddət oğruların evə girməsi və evi qarət etməsi üçün kifayət edib. Cinayətkarlar açar seçmə üsulu ilə mənzilin qapısını açaraq içəri daxil olublar. Onlar evdən 36 851 ABŞ dolları, 300 avro евро, 620 manat və 7 min manat dəyərində qızıl-zinət əşyalarını aparıblar.

Hələlik oğurluq faktı ilə bağlı heç kəs saxlanılmayıb. Lakin əməliyyatçılarda bəzi ip ucları var və tezliklə cinayətin üstü açılacaq.

DİGƏR XƏBƏRLƏR

Top