Bakı Metropoliteni sərnişinlərə fosforlu qolbağı paylayacaq


Təkcə metropolitenin deyil, eyni zamanda, cəmiyyətimizin müxtəlif aktual məsələlərinə sərnişinlərin diqqətini cəlb edən sosial aksiyaların davam kimı "Bakı Metropoliteni" QSC daha bir yeni layihəsini təqdim edəcək.

Dekabr ayı, ənənəyə görə, qış mövsümünün başlanğıcıdır. Qısa günlər, qaranlıq saatların uzun olması, yol hərəkəti iştirakçılarının - küçə və yolları keçən insanlarımızın, xüsusən də sürücülərin daha ayıq-sayıq olmasını tələb edir. Hər birimiz bu prosesin iştirakçısı kimi əsasən də qış dövründə belə vəziyyətlərlə üzləşirik. Neçə-neçə insan həyatının təhlükəyə məruz qaldığının şahidi oluruq. Mövzunun aktuallığını nəzərə alaraq, "Bakı Metropoliteni" QSC bu aksiya ilə metro sərnişinlərinin diqqətini bu məsələyə yönəltmək istəyir və onu ictimailəşdirməklə daha geniş əks-səda doğuracağına ümid edir.
QSC-dən Yeniavaz.com-a verilən məlumatda deyilir ki, aksiya dekabr ayının 6-da saat 14:00-da metronun "28 May" stansiyasında başlanacaq.
Aksiya zamanı sərnişinlərə xüsusi işıq reflektorlu qolbağılar paylanaraq, mövzu ilə bağlı maarifləndirici söhbətlər aparılacaq, dünya təcrübəsindəki nümunələr barədə məlumat veriləcək.
Aksiyada yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov da iştirak edərək, sərnişinlərə öz tövsiyələrini verəcək.

DİGƏR XƏBƏRLƏR

Top