
Fransa hakimiyyəti benzin və dizel yanacağının qiymətlərinin artımına 6 ay müddətinə moratoriya qoyur.
Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bunu Fransa Baş naziri Eduar Filipp deyib.
“Sarı jiletlər” hərəkatının iştirakçılarının tələblərindən biri avtomobil yanacaqdoldurma məntəqələrinin tariflərinə moratoroya tətbiq edilməsi olub. E. Filipp qeyd edib ki, heç bir vergi cəmiyyətin birliyinin qarşısında dayanmır. Mən fransızların qəzəbini eşitdim”.
O əlavə edib ki, moratoriya qış dövründə elektrik enerjisi və qaz tariflərinə aid ediləcək: “Qış ərzində danışıqlar zamanı elektrik enerjisi və qazın qiymətləri qalxmayacaq”. Bundan başqa, ölkədə avtomobillərin yeni texniki nəzarətin tətbiqi yarım il təxirə salınacaq.