MDB-yə üzv ölkələrdən yalnız ikisində investisiya qoyuluşu azalıb


Ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə bu ilin ilk 9 ayında Azərbaycan iqtisadiyyatına yönəldilən investisiyaların həcmi 11,5% azalaraq 10 milyard 148,7 milyon manat olub. Bu göstəriciyə görə Azərbaycan Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olan ölkələr arasında Türkmənistandan sonra ən aşağı nəticə göstərib. Yeniavaz.com MDB Dövlətlərarası Statistika Komitəsinin açıqladığı statistik göstəricilərə istinadən bildirir ki,  bu ilin ilk 9 ayı ərzində Türkmənistan iqtisadiyyatına yatırılan investisiyaların həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 20,2% azalıb. Komitənin məlumatında göstərilir ki, ötən illə müqayisədə bu ilin ilk 9 ayında MDB-yə üzv olan digər ölkələrdə iqtisadiyyata qoyulan sərmayələrin həcmi artıb.  Ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə bu ilin ilk 9 ayı ərzində Ermənistanda əsas kapitala yönəldilən investisiyaların həcmi 7,6% artıb. Bu göstərici Belarusda 9,8%, Qazaxıstanda  21,6%, %, Qırğızıstanda 5,4%, Moldovada 13,5%, Rusiyada 4,1%, Tacikistanda 15,8%, Özbəkistanda 30,9%, Ukraynada isə 19,9% olub.
 

DİGƏR XƏBƏRLƏR

Top