Neft və qazdan sonra xaricə ən çox pomidor satırıq


Bu ilin yanvar-oktyabr ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 1 milyard 351 milyon dollar təşkil edib. Yeniavaz.com İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən açıqlanan məlumatlara istinadən bildirir ki, 2017-cı ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-oktyabr aylarında qeyri-neft sektoru üzrə ixrac 132 milyon dollar və ya 11%  artıb. Cari ilin 10 ayı ərzində Rusiyaya 467,1 milyon, Türkiyəyə 293,8 milyon, İsveçrəyə 114,4 milyon Gürcüstana 106,5  milyon və Qazaxıstana 38,4  milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin 10 ayı ərzində Rusiyaya qeyri-neft ixracı 10%, Türkiyəyə 21%, Qazaxıstana 48% artıb, İsveçrəyə 1%, Gürcüstana isə 1,4% azalıb.
2018-ci ilin yanvar-oktyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor (149,9 milyon dollar) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 99,9 milyon dollar) ikinci olub. Xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen isə (68,5 milyon dollar) bu siyahıda üçüncü yerdə qərarlaşıb. 
 
 

DİGƏR XƏBƏRLƏR

Top