"XXI əsrdə şəhərdə belə yol olar?" - Mingəçevir sakinlərindən şikayət - VİDEO


Mingəçevirin “Tərəvəzçilik” qəsəbəsində yollar bərbad vəziyyətdədir. Sakinlər Yeniavaz.com-a bildiriblər ki, bərbad vəziyyətdə olan yollar “Azərsu” ASC su-kanalizasiya xətləri çəkən zaman daha da dağıdılıb.
Sakinlər bildirir ki, yayda tozdan-dumandan, qışda da palçıqdan nə uşaqları məktəbə apara bilmirlər, nə də bazara gedə bilirik. Hərənin əlində bir rezin çəkmə...
Sakin Mirzə İsmayılov bildirir ki, 2 nəvəm və qonşuluğumda olan 20-ə yaxın şagird bu vəziyyətdə dərsə getmir.
Ərzuman Möhübbətov isə deyib ki, “Azərsu”yun işçiləri lükün ağzını açıq qoyub gediblər: “Neçə müddətdir bu lükun ağzı açıqdır. Özü də məktəbin qarşısıdır. Buradan bütün gün uşaqlar məktəbə gedir-gəlirlər. Bu qədər də məsuliyyətsizlik olarmı?”.
Qəsəbəyə işləyən 8 saylı marşrutun sürücüləri də dağılmış yola görə vaxt itirdiklərini və maşınlarının xarab olduğunu bildiriblər.
Davamı videoda.
Esmira Hidayətova, Mingəçevir

 

DİGƏR XƏBƏRLƏR

Top