Fransa hökuməti etirazçılar qarşısında geri addım atdı


Fransanın Baş nazri Eduar Filipp yanacaq üçün vergilərin artırılmasına moratoriya qoymağı planlaşdırır.
Yeniavaz.com “Kommersant” qəzetinə istinadla xəbər verir ki, artım planına görə ölkədə üçüncü həftədir etiraz aksiyaları keçirilir.
Baş nazir öz qərarını dekabrın 4-də “Respublika marşda” partiyasının deputatları ilə görüşdə açıqlayacaq. “Sarı jiletlilərin” etirazları ilkin olaraq benznin qiymətinin artmasına görə başlayıb, sonradan onlara ümumilikdə hökumətin siyasətindən narazı olanlar da qoşulub.

DİGƏR XƏBƏRLƏR

Top