Ən çox qazanan “Youtube” blogerləri - SİYAHI

 
“Forbes” jurnalı ən yüksək ödənişli “Youtube” blogerlərindən ibarət reytinq tərtib edib. Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, reytinqin lideri yeddi yaşlı oğlan Rayan olub.
 
O, valideynləri ilə birlikdə “Ryan Toys Review” kanalını təqdim edir. Kanalda müxtəlif oyuncuqların icmalları yerləşdirilir. Rayanın bloquna 17 milyondan çox adam abunə olub, onların sayəsində uşağın videosu 26 milyard baxış toplayıb. Kanal il ərzində Rayana 22 milyon dollar qazandırıb.
 
Siyahının ikinci pilləsində Ceyk Pol qərarlaşıb. Onun 17 milyondan çox abunəçisi var, onlar müntəzəm olaraq C. Polun müxtəlif musiqili və komediya videolarına baxırlar. C. Polun illik qazancı 21 milyon dollardan çox təşkil edib.
 

Reytinqin ilk üçlüyünü isə “Dude Perfect” komandası tamamlayır. Beş dost il ərzində 20 milyon dollardan çox pul qazanıb. Onlar kanalda müxtəlif köməkçi əşyalardan istifadə edərək tryukların yer aldığı video yerləşdirirlər. Kanalın təqribən 37 milyon izləyicisi var.
 
Qeyd edək ki, “Forbes” reytinqi tərtib edərkən blogerlərin 2017-ci il iyunun 1-dən 2018-ci il iyunun 1-dək olan qazanclarını nəzərə alıb. Məbləğlər vergilər çıxılmadan göstərilib.

DİGƏR XƏBƏRLƏR

Top