Qollarına zəncir vurub zorla əsgərə aparırlar FOTO


Suriyanın paytaxtı Dəməşqin Al Mazzeh bölgəsində rejim ordusunun yeniyetmələri belə, zorla əsgər apardığı məlum olub.

Rejim ordusu əsgər ehtiyacını ödəmək üçün gəncləri zorla hərbi xidmətə aparır.

Məcburi şəkildə əsgərliyə aparılan gənclər

2011-ci ildə vətəndaş müharibəsinin başladığı Suriyada insan haqları hər addımda pozulur. Dəməşqin Al Mazzeh bölgəsində çəkilən görüntü qəddarlığı bir daha nümayiş etdirir. Ordu qüvvələrinin əsgər ehtiyacını ödəmək üçün yeniyetmələrə zorla silah verilir.

İki gün əvvəl Dəməşqdə çəkildiyi bildirilən görüntüdə, gənclərin zəncirlə bir-birinə bağlanaraq, rejim əsgərinin nəzarəti altında və sıra halında nəqliyyat vasitəsinə zorla mindirildikləri görünür.

Bu qeyri-insani görüntülər bölgədəki çalışan jurnalistlər tərəfindən sosial şəbəkədə paylaşılıb və suriyalı insan haqları müdafiəçiləri tərəfindən pislənilib.(sputnik.az)

DİGƏR XƏBƏRLƏR

Top