Azərbaycanda toy yanğına görə yarımçıq dayandırıldı - VİDEO


Bəy evinin həyətində başlayan yanğın toyun yarımçıq saxlanılmasına səbəb olub.
Yeniavaz.com xəbər verir ki, hadisə Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndində baş verib.
Şahidlərin saytımıza verdikləri məlumata görə, yanğın həyətdəki tövlədə başlayıb. Kənd sakinləri alovu söndürməyə çalışsalar da, alov ot bağlamalarına keçdiyindən qısa müddətə daha da güclənib.
Kənd sakinlərinin sözlərinə görə, hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadasına məlumat verilib və onlar yanğının digər tikililərə keçməsinin qarşısını alıblar. 
Yanğının baş vermə səbəbi ilə bağlı bir neçə ehtimal var.
Hadisə ilə bağlı araşdırma aparılır.
 
Nicat

 

DİGƏR XƏBƏRLƏR

Top