Elza Seyidcahan onu müdafiə edən deputatlara təşəkkür etdi

Əməkdar artist Elza Seyidcahan onu müdafiə edən deputatlara təşəkkür edib.
Xatırladaq ki, deputat, akademik, filologiya elmləri doktoru Nizami Cəfərov Yeniavaz.com saytına açıqlamasında şeirlərinə görə tənqid olunan Elza Seyidcahan haqqında müsbət fikirlər bildirmişdi: "Elza Seyidcahana heç kim "sən şair deyilsən" deyə bilməz. Ona qalsa, dünyada da, Azərbaycanda da çox məşhurlaşan şairlər olub ki, şair deyillər. Ya kimin üçünsə şair deyillər, ya ümümi böyük sənət dəyərləri baxımından şair deyillər. Ona görə də bu, absurd söhbətdir. Mən heç vaxt istəməzdim ki, Elza Seyidcahana elə bir söz deyilsin".
Deputatın bu açıqlaması sosial şəbəkələrdə müzakirə mövzusu olmuşdu.
Öz növbəsində Elza Seyidcahan Yeniavaz.com-a açıqlamasında onu müdafiə edən deputatlara təşəkkürünü bildirib: "Mənim Rasim Balayevlə əməkdaşlığımı göstərən videolar da var. "Qəlbin üsyanı" klipi hələ 2000-ci ildə layihələşdirilmişdi və həyata keçirilmişdi.
Sözləri Zivər Əzizqızına aid olan "Qəlbin üsyanı" kompozisiyasında Vaqif Səmədoğlunun, Ramiz Rövşənin şeirlərindən də istifadə etmişdim. Kompozisiyada xalq artistimiz Rasim Balayev şeirlər səsləndirmişdi".
"Mən hörmətli deputatımız Nizami Cəfərova şəxsən təşəkkürümü bildirirəm. Fəxr edirəm ki, bizim belə millət vəkillərimiz var. Onların çoxu ilə fəxr edirəm. Hər zaman istedadlara dəstək olurlar. Həmişə demişəm ki, bizim xalqımız millət vəkillərimizə, məmurlarımıza cənab Prezidentimizdən bir əmanətdir. Fəxr edirəm ki, millət vəkillərimiz bizim kimi istedadları hər zaman həvəsləndirirlər, müdafiə edirlər. Aqil Abbas kimi millət vəkilimizi mən bağrıma basıram, belə yaradıcı söhbətlərdə öz sözlərini deyir. Allah Rasim müəllimin də canını sağ eləsin, qocaman sənətkarımızdır. Ondan böyük-böyük rollar gözləyirik",-deyə Elza Seyidcahan vurğulayıb.

Nicat

DİGƏR XƏBƏRLƏR

Top