
Şəki rayonunda evdən yaşlı ər-arvadın meyiti tapılıb. Hadisə bu gün günorta saatlarında Şəki şəhəri, Salman Müntaz küçəsindəki fərdi yaşayış evlərindən birində qeydə alınıb. Belə ki, 1937-ci il təvəllüdlü Bahadır Zalovun və onun həyat yoldaşı 1955-ci il təvəllüdlü Elmira Əhmədiyyə qızı Zalovanın üzərində zorakılıq əlamətləri olmayan meyitləri yaşadığı ünvanda tapılıb. Faktla bağlı araşdırma aparılır. (report)
Tətbiqimizi yükləyə bilərsiniz