Qapı-pəncərəsiz məktəblə bağlı - RƏSMİ AÇIQLAMA


Sosial şəbəkələrdə Salyan rayonu, Kürsəngi kəndində məktəblilərin yaşayış evlərinin həyətində, açıq havada dərs keçdiklərinə dair videolar yayılıb. Video şəbəkə istifadəçiləri arasında geniş müzakirələrə səbəb olub. Görüntülərdə uşaqların soyuq havada, açıq ərazidə parta arxasında oturduqları görünür. Həqiqətənmi, Salyanda şagirdlər üçün məktəb binası yoxdur?

Məsələ ilə bağlı Təhsil Nazirliyindən bildiriblər ki, görüntülər köhnə tarixə aiddir: “Sosial şəbəkədə Salyan rayonunda şagirdlərin evlərdə açıq havada təhsil aldığını göstərən videogörüntü köhnə tarixə aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-ci il 19 may tarixli 291 nömrəli sərəncamı ilə Təhsil Nazirliyinə ayrılmış vəsait hesabına Salyan rayonu, Kürsəngi kənd tam orta məktəbinin əsaslı təmiri nəzərdə tutulub. Hazırda orada son tamamlama işləri yerinə yetirilir. Salyan rayon Kürsəngi kənd tam orta məktəbində 35 sinif komplekti fəaliyyət göstərir”. (oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top