İsrailin xeyrinə casusluq edən 6 fələstinliyə edam cəzası verildi


Qəzza zolağının hərbi məhkəməsi anklavın altı sakinini edam cəzasına məhkum edib. Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bu barədə yerli Daxili İşlər Nazirliyi məlumat yayıb. Ölüm cəzasına məhkum edilənlər İsrarilin xüsusi xidmət orqanlarına yardım göstərməkdə təqsirli biliniblər. Həmin iş üzrə adı hallanan daha səkkiz fələstinli isə daha yüngül cəza alıblar. Nazirliyin məlumatında deyilir ki, hərbi məhkəmə 14 fələstinlini düşmənin lehinə casusluq etməkdə təqsirli bilib və onların altısını ölüm cəzasına məhkum edib. Qeyd edək ki, Qəzza zolağından fərqli olaraq, İordan çayının qərb sahilində ölüm cəzasına qarşı moratoriya qoyulub.

DİGƏR XƏBƏRLƏR

Top