Müsəlmanlara ziyafətdə donuz əti təqdim edən Almaniyadan rəsmi açıqlama


28 noyabrda baş tutan 4-cü Almaniya İslam Konfransının axşam yeməyində donuz ətindən hazırlanan yeməklərin verilməsi böyük mübahisələrə səbəb olub. Konfransı təşkil edən Daxili İşlər Nazirliyi sərt şəkildə tənqid edilib. Lakin nazirlikdən verilən açıqlamada donuz ətinin konfrans yeməyində ilk dəfə deyil, daha öncəki illərdə də təqdim edildiyi bildirib: "13 çeşid yemək təqdim edilib. Bunların içində halal, vegetarian, ət və balıq yeməkləri də olub. Konfransa qatılanların dini çeşidliliyi nəzərə alınıb. Yenə də bəzi şəxslərin dini duyğularını incitmişiksə, üzr istəyirik".

Qeyd edək ki, Almaniyada 2006-cı ildən etibarən dövlət qurumları ilə ölkədə yaşayan müsəlmanlar arasında əlaqələri möhkəmləndirmək üçün konfranslar keçirilir. Konfransın sonunda isə açıq bufet tərkibli axşam yeməyi verilir.(publika.az)

DİGƏR XƏBƏRLƏR

Top