Futbol üzrə ABŞ millisinə yeni baş məşqçi təyin olunub


Amerikanın "Columbus Crew" klubunun baş məşqçisi Qreqq Berhalter ABŞ milli komandasına rəhbərlik edəcək. Yeni baş məşqçinin dekabrın 4-də Nyu-Yorkda ictimaiyyətə təqdim olunacağı gözlənilir. Bildirilir ki, 45 yaşlı mütəxəssis 2019-cu ilin yanvarında öz işinə başlayacaq. Həmin vaxt milli komandanın onun rəhbərliyi altında ilk qış təlim-məşq toplanışı keçiriləcək.

Berhalterin ABŞ Futbol Federasiyası ilə müqaviləsi 4 il müddətinə nəzərdə tutulub. Mütəxəssisin əsas vəzifəsi ABŞ millisini 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının final mərhələsinə çıxartmaqdır.(report)

DİGƏR XƏBƏRLƏR

Top