"Qəbələ" - "Zirə" oyunu qatı duman səbəbindən təxirə salındı


Futbol üzrə Azərbaycan Premyer Liqasının XIII turunda keçirilən "Qəbələ" - "Zirə" matçı təxirə salınıb. Buna Qəbələdəki havanın qatı dumanlı olması səbəb olub. Görüşün baş hakimi Vüqar Həsənli 15 dəqiqəlik fasilə elan etdikdən sonra, daha 10 dəqiqə gözləyib. Lakin hava şəraiti matçın davam etdirilməsinə imkan verməyib. Görüş sabah saat 13:00-da qaldığı yerdən davam etdiriləcək. Qeyd edək ki, 57-ci dəqiqədə dayandırılan oyunda hesab açılmayıb.(report)

DİGƏR XƏBƏRLƏR

Top