Parisdə etirazlar zamanı yaralıların sayı 133 nəfərə çatıb


Şənbə günü Parisdə baş verən küçə iğtişaşları zamanı xəsarət alanların sayı 23-ü polis əməkdaşı olmaqla 133 nəfərə çatıb. Bu barədə bazar günü Parisin polis idarəsinə istinadən "Franc-Press" məlumat yayıb. Bildirilir ki, etiraz aksiyaları zamanı 412 nəfər saxlanılıb, onlardan 378 nəfəri nəzarət altına götürülüb. Fransada noyabrın 17-dən başlayaraq avtomobil yanacağı qiymətinin artırılmasına qarşı kütləvi etiraz aksiyaları keçirilir.(report)

DİGƏR XƏBƏRLƏR

Top