Ata Corc Buşun son sözləri məlum oldu


Ata Corc Buş son sözlərində oğluna sevgisini etiraf edib. Bu barədə “The New York Times” nəşri yazır. Nəşrin məlumatına əsasən, ABŞ-ın 41-ci prezidenti ölümündən bir neçə saat əvvəl oğluna zəng edib. Kiçik Buş onun gözəl ata olduğunu bildirib və atasını sevdiyini qeyd edib. Ata Buş cavabında oğlu ilə fəxr etdiyini və ona qarşı hədsiz ata sevgisi bəslədiyini bildirib.

Həmçinin məlum olub ki, noyabrın 30-da ata Buşun yaxın dostu, sabiq dövlət katibi III Ceyms Beyker mərhuma baş çəkib.

“Biz hara düşəcəyik?”, - prezident məndən soruşdu. Cavab olaraq cənnəti eşidəndə, o, məhz ora düşmək istədiyini bildirib.

Xatırladaq ki, ata Corc Buş noyabrın 30-da 94 yaşında vəfat edib. Onun səhhəti həyat yoldaşı Barbara Buşun ölümündən sonra pisləşdi. Barbara Buş aprelin 18-də 92 yaşında dünyasını dəyişib.

Ata Corc Buş ABŞ-ın 41-ci prezidenti olub (1989-1993-cü illərdə).(oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top