Çində yaşayış binasında baş verən yanğında 8 nəfər ölüb


Çinin Yunnan vilayətində yaşayış binasında baş verən yanğında 8 nəfər ölüb, 3 nəfər yaralanıb. Hadisə yerli vaxtla gecə saat 1:58-də vilayətin inzibati mərkəzi olan Kunmin şəhərinin Sişan rayonunda baş verib. Polisin məlumatına əsasən, 5 nəfər sırf yanğın səbəbindən, digər 3 nəfər isə xilas olmaq üçün binanın müxtəlif mərtəbələrindən tullanarkən yıxılaraq ölüb. Yaralılar xəstəxanalara yerləşdiriliblər. Hazırda təhqiqat aparılır.(sputnik.az)

DİGƏR XƏBƏRLƏR

Top