G20 ölkələri liderlərinin qəbul ediyi YEKUN BƏYANNAMƏ

Argentinada baş tutan G20 ölkələrinin liderləri Zirvə Görüşünə nəticələri üzrə yekun bəyannamə qəbul ediblər

Yeniavaz.com “Sputnik Türkiye”yə istinadən xəbər verir ki, 31 maddədən ibarət yekun bəyanatda beynəlxalq bir işlək mexanizmin olması vurğulanıb. Beynəlxalq ticarət qaydalarının ölkələri çətin vəziyyətə salmamasının əhəmiyyətinə diqqət çəkən sənəddə Ümumdünya Ticarət Təşkilatının (ÜTT) bəzi funksiyalarının yenilənməsi və islahatların aparılmasının zəruriliyi dilə gətirilib.

Bəyannamədə “Paris İqlim Müqaviləsi”nin tamamilə tətbiqi barədə razılaşma qüvvədə qalıb. Sənədin başqa bir maddəsində isə ABŞ-ın bu müqaviləyə qoşulmadığı və "ətraf-mühiti qorumaqla" bütün enerji qaynaqlarından istifadə edəcəyi yer alıb.

Bəyannamənin son maddəsində 2019-cu ildə G20 görüşünün Yaponiyada, 2020-ci ildə isə Səudiyyə Ərəbistanında keçiriləcəyi qeyd olunub.

DİGƏR XƏBƏRLƏR

Top