Pompeo: Şahzadənin qətllə əlaqəsinə dair dəlil yoxdur

 
Vaşinqton Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman Əl-Səudun jurnalist Camal Qaşıqçının qətlində əlaqəsini birmənalı sübut edən informasiyaya hazırda malik deyil. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Maykl Pompeo deyib.
 
Onun sözlərinə görə, ABŞ araşdırmağa davam edir və nə baş verdiyini öyrənməyə çalışır: “Vaşinqton günahkarların məsuliyyətə cəlb edilməsini davam etdirəcək. Mən ABŞ hakimiyyətinin sərəncamındakı bütün kəşfiyyat məlumatları ilə tanış olmuşam. Bu informasiyanın təhlili əsasında əmin edə bilərəm ki, şahzadənin qətldə əlaqəsinin olmasına dair bilavasitə dəlillər yoxdur”.

DİGƏR XƏBƏRLƏR

Top