Parisdə yanacaq qiymətlərinin artmasına görə etirazlar davam edir - VİDEO


Fransanın paytaxtı Parisdə benzinin qiymətinin artırılmasına qarşı keçirilən etiraz aksiyası zamanı xəsarət alanların sayı 65 nəfərə çatıb.

Bu barədə BFMTV-yə istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, onlar arasında 11 polis əməkdaşı da var. Yaralıların vəziyyəti barədə məlumat verilmir. 

Qeyd edək ki, "sarı jiletlərin" yanacaq qiymətlərin artırılmasına görə etiraz aksiyaları noyabrın 17-də başlayıb. Etirazçıların ilk tələbləri benzinin qiymətinin ucuzlaşması olub. Bu gün keçirilən aksiyada iğtişaşlar baş verib. 

Fransada yanvarın 1-dən benzinin qiyməti hər litrə görə 2,9 avrosent, dizelin qiyməti - 6,5 avrosent bahalaşacaq.


(Report)

 

DİGƏR XƏBƏRLƏR

Top