
İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.
Yeniavaz.com Fonddan açqılanan məlumatlara istinadən bildirir ki, indiyədək 24 min 730 ipoteka krediti verilib. Fondun vəsaitləri hesabına verilən ipoteka kreditlərinin ümumi məbləği 1 milyard 181 milyon 704 min 474 manatdan çox olub. .
Verilən kreditlərinin 73%-i və ya 18,1 mini Bakının payın düşüb.
Bundan başqa Sumqayıtda 2 min 371, Abşeron rayonunda 1664 , Gəncədə 837, Naxçıvanda 252, Mingəçevirdə 91, Lənkəranda 44, Göygöldə 38, Şirvanda 37, Yevlaxda 29 kredit verilib.
Tətbiqimizi yükləyə bilərsiniz