İstanbulda azərbaycanlılar arasında atışma olub

Türkiyədə azərbaycanlılar arasında atışma olub.
Yeniavaz.com
Qafqazinfo-ya istinadən xəbər verir ki, nəticədə Lotu Quliyə yaxın olduğu bildirilən Ruslan Əhmədli yaralanıb.
Ruslan məşhur kriminal avtoritetdir, uzun illər 1 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkib. Azad olunandan sonra Azərbaycanı tərk edib, Türkiyədə və Rusiyada yaşayıb.
Məlumata görə, Ruslan Əhmədli ayağından 2, qolundan isə 1 güllə yarası alıb.
Məlumata görə, R.Əhmədli uzun müddət mərhum avtoritet Rövşən Lənkəranskinin yanında olub. Sonradan Lotu Qulinin yanına keçib. İnsidentin də məhz bu iki kriminal qruplaşma arasındakı münaqişəyə görə baş verdiyi bildirilir.
İlkin məlumata görə, Ruslana Nicat adlı şəxs atəş açıb.
Virtualaz.org-un məlumatına görə, hazırda Ruslan Əhmədlinin həyati təhlükəsi yoxdur, həkimlər onun vəziyyətini kafi kimi qiymətləndirirlər.
Kriminal avtoritet xəstəxanadan evə buraxılıb.

DİGƏR XƏBƏRLƏR

Top