
Cənubi Koreya 5G texnologiyasından istifadə edən ilk ölkə olacaq.
Yeniavaz.com Türkiyənin NTV telekanalına istinadla xəbər verir ki, Cənubi Koreyanın 3 əsas telekommunikasiya şirkəti “SK Telecom”, KT və “LG Uplus” bütün ölkə ərazisində 5G rabitəsinə keçir. 5G texnologiyası ilə yükləmənin sürəti saniyədə 10 geqabayta yüksələcək.