Bu kənddə uşaqları məktəbə çəllək-qatarda aparırlar - VİDEO

Sosial şəbəkələrdə yayılmış maraqlı bir videogörüntü izləyicilərin böyük rəğbətini qazanıb.

Yeniavaz.com Oxu.Az-a istinadən xəbər verir ki, kənd sakini çəlləklərdən hazırladığı kiçik vaqonları öz traktoruna qoşaraq, kəndin azyaşlı uşaqlarını məktəbə aparır.

Bəziləri bu görüntülərin Zərdab rayonunda lentə alındığını desələr də, kadrlar əslində Dağıstanın Kayakənd kəndində çəkilib.

Kənd uşaqları bu şən qatardan yayda və qışda məmnuniyyətlə istifadə edir, onlar üçün həm nəqliyyat, həm əyləncə vasitəsi yaradan insana təşəkkür edirlər.

DİGƏR XƏBƏRLƏR

Top