Azərbaycanın rayonlarında nə qədər neft və qaz hasil olunur?


Bu ilin yanvar-oktyabr aylarında sahənin əsas məhsulu olan xam neftin hasilatı Bakı şəhərində 31,8 milyon ton, əmtəəlik  təbii qazın hasilatı isə 15,5 milyard  kub metr təşkil edib. Yeniavaz.com Bakı şəhər Statistika İdarəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, əvvəlki ilin müvafiq dövrü ilə  müqayisədə neft hasilatı 0,2  faiz, qaz hasilatı isə 3,6 faiz artıb.
Məlumat üçün onu da bildirək ki, bu ilin yanvar-oktyabr ayında ölkə üzrə ümumilikdə xam neftin hasilatı 32,2 milyon ton, əmtəəlik təbii qazın hasilatı isə 15,6 milyard kub metr təşkil edib. Bu isə o deməkdir ki, ölkədə hasil olunan neftin 98,7%-i, təbii qazın isə 99,3%-i Bakı şəhərinin payına düşüb.
 
 

DİGƏR XƏBƏRLƏR

Top