Rusiya sərhədə 80 minlik qoşun yığıb

Ukraynanın şərq sərhədlərinə Rusiya ordusunun elit bölmələrinin 80 mindən çox hərbçisi tioplanıb. Ukrayna hadisələrin ən pis inkişaf ssenarisinə hazır olmalıdır. Bunu özünün “Facebook” səhifəsində Ukraynanın daxili işlər nazirinin müşaviri Zoryan Şkiryak yazıb.

“Bu hələ son rəqəm deyil. Batalyon-taktiki qrupları, tank birləşmələri, zərbə aviasiyası, raket artilleriyası bölmələri, desant-şturm batalyonları, QRU-nun və RF DİN-in xüsusi bölmələri. Səhra hospitalları salınır. Bu qorxutmaq üçün deyil, sadəcə, faktları sadalayıram”, - Şkiryak əlavə edib.

O, həmçinin Rusiyanın quru hücumunun böyük ehtimal kəsb etməsindən danışıb.

Şkiryak sözlərinə belə davam edib: “Biz hadisələrin inkişafının ən pis ssenarisinə hazır olmalıyıq. Bu gün 2014-2016-cı illərdə olduğu kimi, bütün xalqın ordu, hüquq-mühafizə orqanları və xüsusi xidmət orqanları ətrafında birləşməsi lazımdır”.

O, ümidvar edib ki, Ukrayna ordusu hüquq-mühafizə və xüsusi xidmət orqanları ilə birlikdə “qarşıya qoyulmuş vəzifələrin tam yerinə yetirilməsinə hazırdırlar və işğalçıya layiqli cavab verəcəklər”.

Xatırladaq ki, noyabrın 25-də Kerç boğazında Rusiya hərbçiləri tərəfindən Ukraynanın üç hərbi gəmisi saxlanılıb. Saxlanılan zaman 6 ukraynaklı dınizçi yaralanıb. Onlar və digər ekipaj üzvləri sərhədi qanunsuz kçdiklərinə görə həbs ediliblər.

Bundan sonrakı gün Ukraynanın 10 vilaytəndə hərbi vəziyyət elan edilib. (virtualaz.org)

 

DİGƏR XƏBƏRLƏR

Top