İsrail təyyarəsinin vurulması iddiası saxta çıxdı

Ötən gün Suriya tərəfindən İsrailə məxsus təyyarənin vurulması xəbəri yalan çıxıb. İsrail yayılan məlumatı inkar edib.

"Təyyarənin ötən gün axşam saatlarında Suriyadakı Əsəd rejiminə aid hava müdafiə sistemi tərəfindən vurulduğunu iddia edən xəbər yayılmışdı. Lakin İsrail ordusuna aid təyyarənin Suriya hava müdafiə sistemi tərəfindən vurulması xəbəri yanlışdır" – deyə İsrail ordusunun rəsmi bəyanatında qeyd olunub.

Qeyd edək ki, ötən gün Əsəd rejiminə yaxın olan bəzi sosial şəbəkələrdə İsrail təyyarəsinin vurulduğu iddia edilirdi. (Sputnik)

DİGƏR XƏBƏRLƏR

Top