Rusiyada erməni deputat həbs olundu

 
Rusiyada Çelyabinsk şəhərinin Şuçansk rayon dumasının deputatı Avak Babayan həbs olunub. Yeniavaz.com “Sputnik Ermənistan” saytına istinadla xəbər verir ki, Kurqansk şəhər məhkəməsinin qərarı ilə deputat yanvarın 28-dək Çelyabinsk şəhərinin istintaq təcridxanasında qalacaq.
 
A.Babayan Kurqansk vilayətinin qubernatorunun keçmiş müavini, Tikinti, dövıət ekspertiza və mənzil-kommunal təsərrüfat departamentinin direktoru Roman Vanyukova rüşvət verməkdə şübhəli bilinir. Söhbət 26 milyon rubl həcmində məbləğdən gedir. Müstəntiqlər deputatın evində axtarış apararkən rubl, dollar və avroda olan minlərlə əskinas, eləcə də qanunsuz silah aşkarlayıblar.

DİGƏR XƏBƏRLƏR

Top