Tramp Putinlə görüşdən imtina etməsinin səbəbini açıqladı

 
ABŞ Prezidenti Donald Tramp Kerç boğazında vəziyyətin nizamlanacağına və Rusiya Prezidenti Vladimir Putinlə tezliklə görüşəcəyinə ümid edir. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, Amerika lideri bu barədə G20 sammiti çərçivəsində Yaponiyanın Baş naziri Sindzo Abel ilə görüş zamanı jurnalistlərə deyib.
 
O bildirib: “Bizim baş verəndən xoşumuz gəlmir. Bundan razı deyilik, hər kəs bundan narazıdır. Ümid edirəm ki, biz bunu tezliklə nizamlaya biləcəyik, çünki Putinlə görüşə ümid edirik”. Bununla belə, ABŞ Prezidenti vurğulayıb ki, Rusiya lideri ilə görüşdən yalnız Kerç boğazındakı insidentə görə imtina edib: “Gəmilər və dənizçilərlə baş verənlər yeganə səbəb olub”.
 

DİGƏR XƏBƏRLƏR

Top