
Bu ilin əvvəlindən ötən 9 ay ərzində Bakı şəhərinin əhalisinin sayı 11,3 min nəfər artaraq 2018-ci il oktyabr ayının 1-i vəziyyətinə 2 milyon 273,9 min nəfərə çatıb.
Yeniavaz.com Bakı şəhər Statistika İdarəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, əhalinin 49,8 faizini kişilər, 50,2 faizini qadınlar təşkil edir. Bir kvadrat kilometrə düşən əhalinin sayı 1062 nəfər olub.
Bu ilin yanvar-sentyabr ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən Bakı şəhərində 22 min 494 doğulan körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 13,3 təşkil edib. Doğulan körpələrdən 258-i əkiz, 5-i isə üçəm olub.
Tətbiqimizi yükləyə bilərsiniz