Rusiyalı kişilərin Ukraynaya girişi qadağan edildi


Ukraynada hərbi vəziyyət şəraiti ilə əlaqədar kişilərin Rusiya ərazisindən ölkəyə girişi qadağan edilir.
Yeniavaz.com “Obozrevatel” saytına istinadla xəbər verir ki, bunu Ukrayna Dövlət Sərhəd Xidmətinin rəhbəri Petr Tsiqikal ölkə Prezidenti Petro Poroşenkonun başçılığı ilə keçirilən güc struktrurlarının müdafiə qabiliyyətinin gücləndirilməsi üzrə yığıncaqda deyib.
Onun sözlərinə görə, 16-60 yaş arasında olan rusiyalı kişilər Ukraynaya buraxılmayacaq: “Belə şəxslərin ölkəyə girişinə yalnız humanitar məqsədlər üçün icazə veriləcək”. P. Tsiqakal humanitar məqsədlərə nümunə qismində dəfn mərasimlərini göstərib.

DİGƏR XƏBƏRLƏR

Top