
Hazırda Gürcüstan Rusiya ilə əməkdaşlığa hazır deyil.
Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bunu Gürcüstanın yeni seçilmiş Prezidenti Salome Zurabişvili deyib.
O bildirim: “Bu gün əməkdaşlığa keçə biləcəyimizi düşünmürəm. Biz Qərbik, Avropayıq, Avropa yönümlüyük. Əgər Qərb, Avropa və ya amerikalı tərəfdaşlar Rusiya ilə hansısa formada dialoqa başlasalar, o zaman prinsiplərimizə, suverenliyimizə və ərazi bütövlüyümüzə hörmət edilməsi üçün biz də onların yanında olacağıq, onları izləyəcəyik”.
S. Zurabişvili qeyd edib ki, nominal dövlət başçısı olmağa hazırlaşmır: “Avropa İttifaqı və NATO-ya inteqrasiya məsələlərində ən fəal prezident olacağam.