Bu kənddə hər kəsin ləqəbi var: Oppa, Motor, Burun - VİDEO

Tovuzun Qaraxanlı və digər kəndlərində bir adamı tapmaq üçün onun ləqəbini bilmək mütləqdir. Yoxsa həmin adamı çətin ki, tapasınız. Bu ləqəblər maraqlı olduğu qədər, həm də gülməlidir.

Yeniavaz.com “Xəzər” TV-yə istinadən məlumat verir ki, bəzi kəndlərdə Konfet Hüseyn, Püsür Vüsal, Oppa Ramiz, Gül Alı, Motor Vəli, Burun Hüseyn deməsəniz və ya insanların ayamalarını bilməsəniz, axtardığınız adamları tapa bilməyəcəksiniz.

Kənddə ən çox Hüseyn adlı insanlar olduğundan elə ən maraqlı ayamalar da bu şəxslərə verilir.

Kənddəki insanlar ləqəbi ilə çağırıldığına görə küsüb-incimirlər də. Hətta elələri də olur ki, öz adı ilə çağırılanda geri çevrilib baxmır. Mütləq ayamalarını eşitdikdən sonra reaksiya verirlər. Burada ayamalar müxtəlif adamlara hadisələrə və ya həmin adamın məşğul olduğu işlərə görə verilir.

DİGƏR XƏBƏRLƏR

Top