Rusiya Ayda inşaat işləri aparacaq


Rusiya Elmlər Akademiyasının əməkdaşı Lev Zelenıy, Elmlər Akademiyasında keçirilən iclasda Ayın səthində rəsədxana tikilməsini təklif edib. Yeniavaz.com CNNTürk-ə istinadən xəbər verir ki, Zelenıy sözügedən layihənin bir neçə mərhələdə həyata keçiriləcəyini bildirib. O deyib ki, əvvəlcə avtomatlaşdırılmış stansiyalardan istifadə ilə tədqiqat və uçuşlar aparılacaq, daha sonra elmi araşdırmalar başladılacaq. Növbəti mərhələdə isə Aya raket göndəriləcək. Raket, yeni rəsədxananın tikilməsi üçün tədqiqatlar aparacaq kosmonavtları Aya endirəcək. Zelenıyın dediklərinə əsasən, Ayda ilkin təməllərin atılması, buz çıxarılması və bundan yanacaq üçün hidrogen və oksigen alınması, lazer sistemi vasitəsilə kərpic hazırlanması və sığınacaqların inşa edilməsi planlaşdırılır.

DİGƏR XƏBƏRLƏR

Top