"Hazırda İran qazının TANAP-la Avropaya nəqli imkanlarına baxılır"

Azərbaycan İraq və İran qazının Trans-Anadolu qaz kəmərinə (TANAP) qoşulmaqla Avropaya nəqlini istisna etmir.

Bunu bu gün Bakıda Enerji İqtisadiyyatları Beynəlxalq Assosiasiyasının (İAEE) “Xəzər regionunda inkişaf etməkdə olan enerji iqtisadiyyatları: dəyişikliklər və imkanlar” mövzusunda I Avrasiya konfransında çıxış edən energetika nazirinin müavini Natiq Abbasov deyib.

Onun sözlərinə görə, Azərbaycan TANAP-ın əsas təşəbbüskarlarındandır: “Hazırda Azərbaycan İran qazının da öz ərazisi ilə nəql olunaraq TANAP-a qoşulub buradan Avropaya nəqli imkanlarına baxır. Azərbaycan və İran arasında İran qazının, hətta İraq qazının Azərbaycan ərazisindən tranziti üçün mövcud infrastruktur var”.

Nazir müavini bildirib ki, İraqla İran arasında da belə infrastruktur var: “Bu infrastrukturla İraq qazı İrana, buradan isə Azərbaycan ərazisinə nəql oluna və TANAP-a qoşulmaqla (Türkiyə ərazisi) Avropaya ötürülə bilər".

APA

DİGƏR XƏBƏRLƏR

Top