Hava şəraiti ilə bağlı Xəzərdəki gəmilərə xəbərdarlıq göndərildi


“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) küləkli hava şəraiti ilə əlaqədar gəmilərinə xəbərdarlıq edib. ASCO-dan verilən məlumata görə, noyabrın 29-u günün ikinci yarısından noyabrın 30-u gündüz saatlarına kimi Xəzər dənizi akvatoriyasında gözlənilən hava şəraiti ilə əlaqədar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) donanmasına aid Xəzərdə üzən bütün gəmilərə xəbərdarlıq göndərilib. 

Xəbərdarlıqda hava şəraiti ilə əlaqədar gəmilərdə qabaqlayıcı təhlükəsizlik tədbirlərinin görülməsi, gəmilərin qeyd edilən tarixdə təhlükəsiz sığınacaqlara getməsinin təmin olunması bildirilib.

Küləkli havanın müşahidə olunacağı tarixlərdə limanlarda və lövbərlərdə dayanan gəmilərin kapitan və baş mexaniklərinə mütləq şəkildə gəmidə olmaları və gəmilərin təhlükəsiz dayanmasını təmin etmələri tapşırılıb. 

Bundan başqa, xəbərdarlıqda qeyd olunub ki, səfərə çıxacaq və dənizdə hərəkətdə olan gəmilər gözlənilən hava şəraitini nəzərə alaraq sığınacaqlara getmələrini qabaqcadan planlaşdırsınlar.(qafqazinfo)

DİGƏR XƏBƏRLƏR

Top