
“Türkiyə öz qoşunlarını Suriya ərazisindən tamamilə çıxarmalıdır”. Bu cür tələblə Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər Cəfəri çıxış edib. “Əgər Türkiyə hakimiyyəti həqiqətən də Suriyaya kömək etmək istəyirsə, onda öz qoşunlarını Suriya ərazisindən çıxarmalıdır. Və ilk növbədə Suriya ərazisinə qanunsuz şəkildə girən türk qoşunları çıxarılmalıdır. Əgər Suriya hökuməti diplomatik yollarla türk qoşunlarının ölkə ərazisini tərk etməsinə nail olmazsa, onda başqa tədbirlər görüləcək”, – deyə Cəfəri Ankaraya xəbərdarlıq edib. O, əlavə edib ki, türk qoşunları ilə yanaşı, Suriyadakı ABŞ və Fransa qüvvələri də ölkəni birdəfəlik tərk etməlidirlər. (musavat.com)