
Bir müddət öncə qalmaqallı şəkildə Bakı şəhəri, Nizami rayonunda yerləşən 220 nömrəli orta məktəbdən çıxarılan ingilis dili müəllimi Rövşən Əzizovla bağlı şok iddia səsləndirilib.
Yeniavaz.com xəbər verir ki, "Yeni Müsavat"ın canlı yayımında həmin məktəbin direktoru əvəzi olmuş Tural Mirzəliyev Rövşən Əzizovun 9 yaşlı qıza aşiq olduğunu deyib.
Direktor adıçəkilən müəllimin bir müddət öncə sosial şəbəkədə yazdığı statusu oxuyub: "Rövşən Əzizovun yazdığı 1 statusu oxuyacam və özünüz hər şeyi anlayacaqsız. O yazır: "Ölüm barədə düşündüyüm anda o qarşıma çıxdı. O zaman mən yeni müəllim işləyirdm və onun 9 yaşı var idi. İlk gördüyüm gün həyatımda günəş doğdu. Müəllimin 9 yaşlı qıza qarşı vurulmasına hər kəs qarşı çıxdı. Ancaq biz bütün əngəlləri aşdıq və xoşbəxt olduq".
Direktor daha sonra qeyd edib: "Mənə də maraqlıdır ki, nəyə görə belə hallar gizlədilib".
Qeyd edək ki, T.Mirzəliyevin həmin açıqlamasını təqdim edirik:
Tətbiqimizi yükləyə bilərsiniz