Millimiz Urmiyada erməniləri məğlub edib


Cənubi Azərbaycanın Urmiya şəhərində keçirilən gənc güləşçilər arasında “Martyrs Cup” turnirində sərbəst güləşçilərin mübarizəsi başa çatıb. Məşqçilər Rövşən Hacıyevlə Əşrəf Əliyevin rəhbərliyi altında Şahin Muxtarov, Mahir Məmmədzadə (hər ikisi -57 kq), Əsgər Məmmədəliyev, Tural Hüseynov (hər ikisi -61 kq), Elmar Kazımov (-65 kq), Əşrəf Aşurov (-70 kq), Davud İbrahimov (-74 kq), Rəşad Yusifli (-79 kq), İslam İlyasov (-86 kq), Asxab Həmzətov (-92 kq), Sənan Əlizadə (-97 kq) və Aydın Əhmədovdan (125 kq) ibarət yığmamız qrupda əvvəlcə Urmiya ilə qarşılaşıb. 

Görüş 5:5 hesabı ilə başa çatıb. Fərdi qarşılaşmaların fərqinə görə yerli komanda qələbə qazanıb. Millimiz bu məğlubiyyətin əvəzini İranın digər komandasından çıxıb - 7:3. Qrupdakı son görüşdə Ermənistana 6:4 hesabı ilə qalib gələn pəhləvanlarımız III yer uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Yığmamız son görüşdə İranın daha bir komandası ilə üz-üzə gəlib. İki güləşçimizin zədələnməsi nəticəyə təsirini göstərib - 4:6. Beləliklə, millimiz Urmiyada IV yeri tutub. (oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top