Azərbaycanda ehtiyac meyarı ləğv olunacaq?


Azərbaycan Respublikasında ehtiyac meyarı ləğv olunacaq. Bu barədə hökumətdəki mənbə məlumat verib. Bildirilib ki, 2019-cu ildə Azərbaycanda ehtiyac meyarı ləğv olunacaq. Yəni 2020-ci il üçün ehtiyac meyarının həddi nəzərdə tutulmayacaq. Qanunda göstərilib ki, ehtiyac meyarı əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədi ilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan həddir. “Azərbaycan Respublikasında 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsinə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə növbəti il üçün ehtiyac meyarının həddi 143 manat məbləğində nəzərdə tutulub. 2018-ci il üçün ehtiyac meyarının həddi 130 manat məbləğində təsdiq edilmişdi.(modern.az)

DİGƏR XƏBƏRLƏR

Top