Uşaqlar üçün toplanan 800 min avronu qumarda xərclədi


Hollandiyanın Roterdam şəhərində psixoloji sarsıntı keçirən uşaqların xəyallarını həyata keçirmək məqsədilə qurulan "Droom Wens " (Böyük Arzu) xeyriyyə cəmiyyəti tərəfindən toplanan 800 min avronu qumarxanada xərcləyən şəxs polis tərəfindən saxlanılıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, həmin şəxs xeyriyyə cəmiyyətinin direktoru olub.
Roterdamda yaşayan 61 yaşlı təqsirləndirilən şəxsin 800 min avronu qumarxanalrda, virtual qumar saytları və öz şəxsi işləri üçün istifadə etdiyi bildirilib. Məlumatı Hollandiyanın Maliyyə Məlumatı və İstintaq Xidməti yayıb.
 

DİGƏR XƏBƏRLƏR

Top