Trampın təyyarəsi başqa təyyarə ilə toqquşdu


ABŞ Prezidenti Donald Trampın özəl təyyarəsi Nyu-Yorkun La-Quardiya aeroportunda başqa təyyarə ilə toqquşub.
Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, incident ötən gün səhər saatlarında baş verib.
İkimotorlu “Bombardier Global Express” təyyarəsi hərəkət zamanı dayanacaq yerində park edilmiş “Boeing 757” təyyarəsinin qanadına toxunub. D. Tramp “Boeing” təyyarəsindən özünün seçkiqabağı kampaniyası zamanı istifadə edib.
Bildirilir ki,  insident zamanı “Bombardier Global Express” təyyarəsinin göyərtəsində  üç heyət üzvü olub, onlardan heç kəs xəsarət almayıb.

DİGƏR XƏBƏRLƏR

Top